Futbol üzrə “Region Liqası”nın püşkü atılacaq

Oktyabrın 18-də futbol üzrə “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılacaq.

SİA-nın məlumatına görə, püşkatma mərasimi 4 şəhərdə təşkil olunacaq. Belə ki, tədbir Bakıda AFFA Futbol Akademiyasında, Mingəçevirdə Gənclər evində, Ağsuda şəhər stadionunda, Lənkəranda isə Olimpiya və İdman Kompleksində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə