Badmintonçularımız “Egypt International 2019” turnirində yarışacaqlar

Oktyabrın 17-də Misirin paytaxtı Qahirədə badminton üzrə “Egypt International 2019” turnirinə start verilib.

SİA-nın məlumatına görə, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Badmintonçularımız mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaqlar. Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirəcək. E.Qovımuramadhoni isə irlandiyalı Conatan Dolanla qarşılaşacaq.

Qeyd edək ki, turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...