"Barselona" - "Real" matçının yeri dəyişdiriləcək?

Futbol üzrə ispaniya La Liqasının 10-cu turunda keçiriləcək "Barselona" - "Real" oyununun yeri dəyişdirilə bilər. İspaniya mətbuatının yazdığına görə, La Liqa rəhbərliyi "Nou Kamp"da keçiriləcək bu mövsümün ilk "El Klassiko"sunun Madriddə oynanılmasını istəyir. Buna səbəb Kataloniyada siyasi məsələlər səbəbindən baş verən etirazlardır. Buna görə qurum İspaniya Futbol Federasiyasına "El Klassiko"nun yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə