Şahmatçımız dünya çempionatının ikinci turunda yarışacaq

Oktyabrın 16-da Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatının ikinci turunun oyunları keçiriləcək.

SİA-nın xəbərinə görə, təmsilçimiz Məhəmməd Muradlının növbəti rəqibi hindistanlı idmançı olacaq. Şahmatçımız ilk turda israilli Yoan Milikova uduzub.

İsveçrə sistemi üzrə keçirilən dünya çempionatı 11 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə