Tayboks üzrə respublika turnirinə start veriliəcək

Oktyabrın 19-20-də Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turniri keçiriləcək.

SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşəbbüsü ilə keçiriləcək yarışa 25 klubdan 200-ə yaxın idmançı qatılacaq.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə