“Barselona”dan açıqlama: "Həbsxana həll yolu deyil"

“Barselona” futbol klubu öz bəyanatında bildirir ki, Kataloniya münaqişəsinin tənzimlənməsi üçün həbsxana həll yolu deyildir. Kataloniyanın separatçı hərəkatının liderlərinin həbs edilməsi barədə məlumat yayılandan dərhal sonra “Barselona” futbol klubu bəyanatla çıxış edib. ”Barsa” futbolçuları əmindirlər ki, ilkin həbs siyasi münaqişənin həllinə kömək etməyib, həbsxana isə problemin həlli deyil.

Klub Kataloniya ilə İspaniya arasında indiki münaqişənin sırf “siyasi dialoq” yolu ilə həllində israrlıdır və məhkum edilmiş vətəndaş cəmiyyəti liderlərinin və siyasətçilərin azad edilməsi haqqında danışıqlara başlanmasını xahiş edir.

2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumun təşkilinə aidiyyəti olan separatçı hərəkatın liderləri bu gün İspaniya Ali Məhkəmənin qərarı ilə israfçılığa və qiyama təşviqə görə 13 il müddətinədək həbs cəzasına məhkum ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə