Referilərimiz UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar

Azərbaycanın FIFA referiləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar. SİA-nın məlumatına görə, Rəhim Həsənov 23 oktyarbrda keçiriləcək “Liepaya” (Latviya) - “Portu” (Portuqaliya) qarşılaşmasını idarə edəcək. Ona yan xətt hakimləri Mübariz Haşımov, Rza Məmmədov köməklik göstərəcək.

Rauf Cabarov isə noyabrın 6-da baş tutacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) görüşündə iş başında olacaq. Referiyə Namik Hüseynov və Pərvin Talıbov yardımçı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə