Tallin turnirində cüdoçumuz bürünc medala sahib olub

Estoniyada cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

SİA-nın məlumatına görə, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb.

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumıniyalı legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır.

Bütün xəbərlər Facebook səhifəmizdə