Azərbaycanlı beynəlxalq dərəcəli hakim “Qızıl diplom”a layiq görüldü

Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev "Uzun müddətli fərqlənən hakimlik" fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, hakimimizə "qızıl diplom" hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu Dünya Çempionatı (4-13 oktyabr) çərçivəsində təqdim olunub. Qeyd edək ki, bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, Dünya Çempionatı, Yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Oyunlarında qüsursuz fəaliyyətə görə verilir. Xatırladaq ki, Rza Əliyev Azərbaycanın Gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...