Bakıda bədii gimnastika üzrə mükafatlandırılma mərasimi keçirilib FOTOLAR

Bu gün Bakıda Milli Gimnastika Arenasında "balacalar" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) gimnastlar arasında fərdi çoxnövçülükdə (alətsiz və gürzlərlə hərəktərlərdə) bədii gimnastika üzrə 6-cı bölgələrarası kubokunun qalibləri və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib. SİA-nın məlumatına görə, 2011-ci il təvəllüdlü gimnastlar arasında İlknur Hacıyeva (Zaqatala) birinci, Röya Əlikişiyeva ("Zirvə International" klubu) ikinci, Həvva Əbdürəhmanova (Zaqatala) üçüncü yeri tutublar. 2010-cu il təvəllüdlü gimnastlar arasında Sevil Hüseynli ("Zirvə International" klubu) qızıl, Seda Hacızadə (Mingəçevir) gümüş, Zəhra Əlizadə (Şirvan) bürünc medal qazanıblar. 2009-cu il təvəllüdlü gimnastlar arasında Yasəmən Nəsirova (Mingəçevir) ən yaxşı nəticə göstərib, Dəniz Əsgərova ("Zirvə International" klubu) ikinci, Ayan Əlizadə (Sumqayıt) isə üçüncü yeri tutublar. Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib. Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...