"Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandırlar" - Joze Alesio Da Silva

“Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandırlar. Dörd gün ərzində 3 ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindir. Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım".

Qol.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının əsas mərhələsində "Xerson"a 3:8 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə