Azərbaycan çempionu “Araz” avrokuboklarda mübarizəni xalsız başa vurub

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın avrokubokda mübarizəni başa vurub.

SİA xəbər verir ki, Çempionlar Liqasına əsas mərhələdən qoşulan Naxçıvan klubu III turda Ukrayna təmsilçisi “Xerson”la qarşılaşıb.

Joze Alesionun yetirmələri oyunları Belçikada keçirilən 2-ci qrupun bu görüşündə də məğlub olublar. İlk iki qarşılaşmadakı məğlubiyyətlərdən sonra qrup sonunculuğu rəsmiləşən “Araz” formal xarakterli matçda da xal qazana bilməyib – 3:8. Azərbaycan çempionunun qollarına İsa Atayev və Xətai Bağırov, həmçinin topu öz qapısına vuran Mixail Zavrıx imza atıb.

Qeyd edək ki, “Araz” bunadək Belçikanın “Halle Qooik” komandasına 1:5, Portuqaliya təmsilçisi “Benfika”ya 0:7 hesabı ilə uduzub.

1

Xerson

3

2

1

0

16-7

7

2

Benfika

2

1

1

0

8-1

4

3

Halle Qooik

2

1

0

1

8-8

3

4

Araz

3

0

0

3

4-20

0

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...