UEFA-dan “Milan”ın futbolçusu ilə bağlı yeni qərar

UEFA bir müddət əvvəl 5 oyunluq cəzalandırdığı Xorvatiya millisinin və “Milan”ın üzvü Ante Rebiçlə bağlı yeni qərar verib. Qurumun rəsmi saytında yer alan məlumatda deyilir ki, Rebiçin cəza müddəti 4 oyuna endirilib.
Rebiç “Ayntraxt”da (Frankfurt) çıxış edərkən Avropa Liqasının pley-off mərhələsinin “Strasburq”la oyunda (3:0) hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanmışdı. Qeyd edək ki, Rebiç "Milan"da icarə əsasında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...