Şahmat üzrə zona yarışları keçiriləcək

Oktyabrın 22-dən 30-dək “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə şəxsi respublika çempionatının zona yarışları keçiriləcək. SİA-nın məlumatına görə, Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil ediləcək yarışda 6-14 və 16 yaşadək oğlan və qızlar güclərini sınayacaqlar.

Turnirdə finala hər yaş qrupundan 2 vəsiqə uğrunda Quba, Sumqayıt, Xaçmaz, Şabran, Xızı, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının hər birindən 6 qız və 6 oğlan şahmatçı mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...