Cüdoçularımız İtaliyada təlim-məşq toplanışındadırlar

İtaliyanın paytaxtı Romada Avropa Cüdo İttifaqının ənənəvi təlim-məşq toplanışı keçirilir. SİA-nın xəbərinə görə, ölkənin həm kişilər, həm də qadınlardan ibarət milli komandalarının üzvləri də hazırlıq prosesinə qatılıblar.

Beynəlxalq təlim-məşq toplanışında Fransa, İtaliya, Rusiya, Koreya Respublikası, Niderland, Almaniya, Belçika, Avstriya, Monqolustan, Sloveniya, İsveç, Çexiya, Ukrayna və digər ölkələrin ən güclü cüdoçuları iştirak edir.

Azərbaycan komandasının hazırlıq prosesində iştirakı Abu-Dabi şəhərində keçiriləcək Böyük Dəbilqə və Avstraliyada təşkil ediləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Hər iki yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Hazırlıq prosesinə oktyabrın 11-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...