Badmintonçularımızın iştirak etdiyi turnirə start verilib

Oktyabrın 9-da Azərbaycan badmintonçularının da iştirak etdiyi Bəhreynin Madinət-İsa şəhərində keçirilən “Bahrain International Series 2019” turnirinə start verilib. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq E.R.Dviçayo hindistanlı Nikhit Laxmanla üz-üzə gələcək. Digər badmintonçumuz E.Qovımuramadhoni isə avstraliyalı Yakob Şueler və hindistanlı Anay Şirpurkar duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, oktyabrın 13-də başa çatacaq turnirə 55 badmintonçu dəvət olunub. Yarışın mükafat fondu 10 min dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə