Azərbaycanlı referi Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb

Azərbaycanın FIFA referisi Rauf Cabbarov növbəti dəfə beynəlxalq təyinat alıb. SİA-nın məlumatına görə, 34 yaşlı referi 21 yaşadək futbolçulardan ibarət Estoniya və Latviya yığmaları arasında AVRO-2021-in seçmə oyununu idarə edəcək.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Rza Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Estoniyanın Pyarnu şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...