Əliyar Ağayev "Avro 2020"-nin seçmə mərhələsinin hakimi olacaq

Azərbaycanın FIFA referisi Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb. SİA-nın məlumatına görə, 32 yaşlı beynəlxalq dərəcəli hakim F qrupunun Farer adaları - Rumıniya görüşünü idarə edəcək. Görüş oktyabrın 12-də Torshavn şəhərindəki "Torsvöllür" stadionunda keçiriləcək.

12 oktyabr

AVRO-2020

Seçmə mərhələ, F qrupu

20:00. FARER ADALARI - RUMINİYA

Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rəhim Həsənov
Hakim-inspektor: Stefan Lodc (İngiltərə)
UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)

Bütün xəbərlər Facebook səhifəmizdə