PSJ Fransa Liqasında növbəti qələbəsini qazanıb

PSJ Fransa Liqasında növbəti oyuna çıxıb.

SİA xəbər verir ki, Paris klubu 6-cı turda "Lion"un qonağı olub. Matç Tomas Tuhelin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 87-ci dəqiqədə Neymar vurub. Braziliyalı hücumçu 5-cı turda "Strasburq"la görüşdə də komandasının qələbə qolunun müəllifi olmuşdu.

"Lion" - PSJ - 0:1
Qol: Neymar, 87

Bu qələbə ilə xalını 15-ə yüksəldən PSJ turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Anje" 12 xalla 2-ci, "Nitsa" eyni xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...