"On nəfərlə daha yaxşı oyun nümayiş etdirdik" - Roberto Bordin

"İlk hissədə qırmızı vərəyədək yaxşı oynayırdıq. 11 nəfərlə oynayanda, qorxu var idi, tam güclə irəli atıla bilərdik. 10 nəfərlə daha yaxşı oyun nümayiş etdirdik".

SİA xəbər verir ki, bu sözəri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqamızın 5-ci turunda bu gün "Keşlə" ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.

- İkinci hissədə yaxşı müdafiə olunduq. Rəqib böyük qüvvəylə hücuma keçirdi, standart vəziyyətləri çox edirdi. Səlahət Ağayev Sezarın zərbəsini yaxşı dəf etdi. Qol imkanlarımız da oldu, qələbə də qazana bilərdik. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza mənfi təsir edir. Neqativ hallardan sonra komandamız ayılmağa başlayır. Hər dəfə belə hal olmalıdır - ya qol buraxmalıyıq, ya qırmızı vərəqə almalıyıq.

- Keçən dəfə istefa səsləyənləri öyrədilmiş insanlar olduğunu sayırdınız. Artıq "Forza "Neftçi" də oyunlarınıza gəlmir. Yenə istefa şüarları var. Fikrinizdə qalırsınız, yoxsa bu nəticələrə görə özünüzü günahkar sayırsınız?

- Komandanın qazandığı hər bir nəticəyə ilk növbədə məsuliyyəti mən daşıyıram. Azarkeşin istefaya səsləməsi normal haldır. Ancaq təhqiredici ifadələri qəbul edə bilmirəm.

- Komanda çox hücum etdi, əvəzetmələriniz da daha çox ön xəttlə bağlı oldu. Qol niyə olmadı?

- Qolu 11 nəfərlə oynayanda vurmalı idik. Bu, ilk səbəbdir. Digər tərəfdən, 10 nəfərlə müdafiə olunanda çox enerji itirirsən. Tam güclə hücum edə bilmirsən. Ancaq buna rəğmən, çoxlu qol epizodu yaratdıq.

- Bəzi futbolçularınız imkanlarından aşağı çıxış edirlər. Baş məşqçi olaraq sərt müdaxilə etmək fikriniz varmı?

- Fikrinizlə razı deyiləm. Məncə, komandanın üzərində psixoloji təzyiq olduğundan, istənilən oyunu göstərə bilmirik. Onu da demək lazımdır ki, bu gün "Keşlə" yaxşı oynayırdı, əks-hücumlarda təhlükəli idi.

- Bu psixoloji gərginlik komandanın hazırkı nəticələrinə görədir, yoxsa başqa bir səbəb var?

- Əlbəttə, nəticələrə görədir. Baqşa səbəb yoxdur. Turnri cədəvlində baxsaq, yaxşı yerdə qərarlaşmamışıq.

- Oyundan sonra baş hakimə yaxınlşaraq nəyə görə irad bildirdiniz?

- Yaxınlşaraq niyə oyunu bu cür tez bitirdiyini soruşdum. Top Mustivara dəydi, fitini səsləndirdi. Belə çıxır ki, top rəqibin cərimə meydanına çatsaydı da, oyunu qurtaracaqdı..

- Monrozda funkisonal hazırlığı qaydasındadırmı? Qaydasındadırsa, meydanda niyə belə ləng görünür?

- Məncə, Monroz gözəl oyun göstərdi. Hətta 10 nəfərlə qalandan sonra iki dəfə artıq qaçırdı, müdafiədə də komandaya kömək edirdi.

- Platellasa nə olub?

- Heç nə. Sadəcə, oynamaması texniki məsələ, seçimlə bağlı idi. Bu matça bu heyət nəzərdə tutulmuşdu.

- 5 oyuna 5 xal. "Neftçi"nin baş məşqçisi ilk turlarda papağını qabağına qoyub nəsə fikirləşməli idi. Bu vəziyyətdən çıxmaq üçün nə fikirləşirsiniz?

- Problemi sadəcə, psixoloji gərginliklə bağlı görürəm. Deməzdim ki, başqa problem var. Sən istəkli ola bilərsən, ancaq psixoloji təzyiq sənə imkan vermir.

- Baş hakimin sizi sarı vərəqəylə cəzalandırılmasına münasibətiniz necədir?

- Şərh edə bilmərəm. Sadəcə, epizodla bağlı hakimə sual verdim, mənə sarı vərəqə göstərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...