Rusiya komandası 3 halqa və 2 cüt gürz ilə qrup hərəkətlərində qızıl medal qazanıb

Rusiya komandası 3 halqa və 2 cüt gürz ilə qrup hərəkətlərində 29.450 xalla bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının qızıl medalını qazanıb. SİA-nın məlumatına görə, gümüş medalı 29.400 xalla Yaponiya komandası, bürünc medalı isə 29.200 xalla İtaliya komandası qazanıblar. Azərbaycan komandası 26.450 xalla 7-ci yerdə qərarlaşıb. Azərbaycan komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokina yer alırlar. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq. Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Bütün xəbərlər Facebook səhifəmizdə