Yaponiya komandası Dünya Çempionatının qızıl medalını qazanıb

Yaponiya komandası 5 topla qrup hərəkətlərində 29.550 xalla bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının qızıl medalını qazanıb. SİA-nın məlumatına görə, gümüş medalı Bolqarıstan komandası (29.350 xal), bürünc medalı isə Rusiya komandası (28.150 xal) qazanıblar. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq. Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Bütün xəbərlər Facebook səhifəmizdə