Qəbələ" "Səbail" ilə heç-heçəyə nail olub

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Günün ilk matçı Sumqayıtda olub. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Digər oyunda isə "Qəbələ" "Səbail"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 22-si və 23-də keçiriləcək.

"Səbail" – "Qəbələ" - 1:1

Qollar: Rövlan Muradov, 17 (0:1), Mirabdulla Abbasov, 68 (1:1)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu

"ASCO Arena"

"Sumqayıt" – "Sabah" - 1:0

Qol: Sərtan Taşqın, 34

Qırmızı vərəqə: Mehdi Şərifi, 77-ikinci sarı vərəqə ("Sumqayıt")

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev

"Kapital Bank Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...