Yaponiya gimnastları birinci pillədə yer alıblar

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionat davam edir. SİA xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda qrup hərəkətləri komandalarının 3 halqa və 2 cüt gürzlə yarışında Yaponiya millisi bütün rəqiblərini qabaqlayıb. Hazırda komandanın aktivində 29,000 xal var.

Bolqarıstan komandası 28,800 xalla ikinci, ABŞ isə 25,600 xalla üçüncü pillədə yer alıb.

Saat 16:30-da B qrupunda yer alan komandaların çıxışına start veriləcək. Azərbaycan millisi 3 halqa və 2 cüt gürzlə proqramını 12-ci, 5 topla isə proqramını 11-ci nömrə altında təqdim edəcək.

Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər.

Altmış bir ölkədən 300-dən artıq gimnast mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...