Güləşçilərimiz yarımfinala yüksəliblər

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb. SİA-nın məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.

İlk hissəni 2:0 hesablı üstünlüklə tamamlayan Şərifov fasilədən sonra daha 4 xal alaraq, yarımfinala yüksəlib.

Digər güləşçimiz Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi qazaxıstanlı Qalımjan Usserbayev olub.

Görüş Həsənovun qələbəsi ilə yekunlaşıb - 13:4.

Onun yarımfinaldakı rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...