“Neftçi” “Keşlə” ilə oyununa hazırlaşır FOTOLAR

“Neftçi” Premyer Liqanın 5-ci turunda qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Bu gün oyunöncəsi son məşq olacaq.

Xatırladaq ki, sentyabrın 22-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Keşlə” oyunu saat 18:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə