Nazir Abşeron sakinlərini qəbul edib

Gənclər və İdman naziri Azad Rəhimov Abşeronda Abşeron rayonundan olan sakinləri qəbul edib. SİA-nın məlumatına görə, 20-ə yaxın vətəndaşın iştirak etdiyi qəbulda “Gənclər evi”nin, idman qurğularının tikintisi və təmiri, fəxri adların verilməsi və şəxsi məsələrlə ilə bağlı müraciətlər edilib. Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndərəcəyi bildirilib, bir qismi isə baxılması üçün icraya yönəldilib.

Məlumat üçün bildirək ki, nazir Azad Rəhimov Abşeronda olduğu zaman Varşavada keçirilən beynəlxalq turnirə nazirliyin dəstəyi ilə ezam olunmuş “Qarabağ qaziləri” amputant futbol komandasının üzvləri ilə də görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...