Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov qarşılaşması heç-heçə başa çatıb

Sentyabrın 20-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin birinci partiyaları oynanılıb. Bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Gərgin keçən qarşılaşma heç-heçə nəticələnib. Şahmatçılarımız arasındakı ikinci partiya sentyabrın 21-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...