Yığmamız dünya çempionatına üç atletlə yollanır

Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatında iştirak edəcək idmançıların tam siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, sentyabrın 27-də start götürəcək mundialda Azərbaycan yığması üç atletlə mübarizə aparacaq.

İki atletimiz – Nazim Babayev və Aleks Kopello üçtəkanla tullanmada qüvvələrini sınayacaqlar. Onlar sentyabrın 27-də baş tutacaq təsnifat mərhələsində çıxış edəcəklər. İki gündən sonra final baş tutacaq.

Evans Kiplaqat isə kişilərin marafon yarışında mübarizə aparacaq. Bu növdə çıxış edən atletlər yarışın son günü start xəttinə çıxacaqlar.

Həmçinin, Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev də çempionatda iştirak edəcək. O, 200 m məsafəyə qaçmaqda və 4x100 m estafetdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 6-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...