Hacı Əliyev təsəlliverici görüşdə qalib gəlib

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb. SİA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi misirli Amr Reda Ramadan Husseni olub. Görüşə fəal başlayan titullu pəhləvan işlətdiyi fəndlərlə 4:0 hesabı ilə önə çıxıb. Bu vaxt Hussen qolundan zədələnib. Lakin o, həkim müdaxiləsindən sonra görüşü davam etdirib. İlk hissənin sonlarında yenə zədələnən misirli pəhləvan yerə sərilərək ağrıdan qışqırmağa başlayıb.

Həkimlər Hussenin görüşü davam etdirə bilməyəcəyini deyiblər. Nəticədə Əliyev qalib elan olunub.

Digər sərbəst güləşçi Ağahüseyn Mustafayev isə ilk görüşünə çıxıb.

70 kq çəki dərəcəsində yer alan Mustafayevin rəqibi türkiyəli Haydar Yavuz olub. Görüş azərbaycanlı pəhləvanın əzmkar qələbəsi ilə yekunlaşıb - 7:6.

Bütün xəbərlər Facebook səhifəmizdə