Dmitar Berbatov futbola "əlvida" dedi

Futbol üzrə Bolqarıstan millisinin sabiq üzvü Dmitar Berbatov karyerasını başa vurub. Bunu 38 yaşlı veteran hücumçu sosial şəbəkə hesabında açıqlayıb. Bir ildən artıqdır klubsuz olduğunu xatırladan Berbatov getməyin vaxtı olduğunu bildirib.
Qeyd edək ki, Bolqarıstan millisin bombardiri olan (48 qol) Berbatov "Bayer","Tottenhem", "Mançester Yunayted", PAOK kimi klublarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə