İsrail gimnastları ikinci pilləyə yüksəliblər

İsrail millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında ikinci pilləyə yüksəlib. SİA-nın məlumatına görə, İsrailli gimnastların hesabında 174,750 xal var. Komanda hesabına 186,500 xalla Rusiya yığması başçılıq edir. İlk üçlüyü 168,550 xalla Belarus komandası tamamlayır.

Hesabında 147,050 xal olan Azərbaycan komandası 13-cü pillədə yer alıb.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...