Gimnastımız gürzlərlə çıxışını başa vurub

Azərbaycan gimnastı Veronika Qudis Bakıda təşkil olunan bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında gürzlərlə çıxışını təqdim edib. SİA-nın məlumatına görə, hakimlərdən 16,500 xal alan gimnastımız ümumi sıralamada 41-ci yerdə qərarlaşıb.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə