Yelizaveta Luzan dünya çempionatında gürzlərlə çıxışını təqdim edib

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, gimnastımız Yelizaveta Luzan fərdi proqramda gürzlərlə çıxışını yerinə yetirib. Təmsilçimiz hakimlərdən 16,050 xal alıb.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...