Ronaldo Messini üstələyə bilcəkmi?

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo gələcək karyera planları barədə danışıb. SİA xəbər verir ki, o, bütün hallarda özünü Lionel Messidən üstün hesab etdiyini və bunu "Qızıl Top"ların sayında argentinalını ötərək sübut edəcəyini deyib:

"Messi möhtəşəm oyunçudur, artıq futbol tarixinə düşmüş futbolçudur, amma inanıram ki, ondan üstün olmaq üçün altı, yeddi, səkkiz "Qızıl Top” almalıyam. Mən buna layiqəm”.

Ümumilikdə Ronaldo və Messinin karyeralarında 5 "Qızıl Top” var. Ötən il səsvermənin nəticələrinə görə, "Qızıl Top"un sahibi gözlənilmədən Luka Modriç olub. Kriştiano Ronaldo və Antoine Qrizmann isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub.

Bu il Ronaldonun "Qızıl Top”u qazanma şansı daha da azdır: bukmeykerlər Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olam "Liverpul"un futbolçusu Virgill van Diykin alacağına, Ronaldonun isə 2-3-cü yerlə kifayətlənəcəyinə inandıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə