Rekordçulara 100 min dollar mükafat veriləcək

Sentyabrın 27-dən oktyabrın 6-dək Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatında rekord nəticə göstərən idmançılar xüsusi mükafatlarla təltif ediləcəklər. SİA-nın məlumatına görə, çempionatda yeni dünya rekordu müəyyənləşdirən hər bir idmançıya Qətər Milli Bankının və Yaponiyanın “TDK” elektronika şirkətinin dəstəyi ilə 100 min dollar məbləğində pul mükafatı veriləcək. Beynəlxalq Xəlifə Stadionunda keçiriləcək yarışın ümumi mükafat fondu isə 7 milyon 530 min dollardır.

Qeyd edək ki, dünya çempionatında ölkəmizi Nazim Babyev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...