Bədii gimnastika üzrə dünya çempionatının III günü start götürüb

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının üçüncü günü start götürüb. SİA-nın məlumatına görə, bu gün gürzlər və lentlə hərəkətlərdə təsnifat yarışları keçiriləcək.

Azərbaycanı yarışlarda hər üç gimnast təmsil edəcək. Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova lentlə hərəkətlərdə çıxış edəcək.

Bu, M.Səfərovanın irimiqyaslı yarışda debütü olacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə