"Yuventus"da ŞOK: İquain məşqçini təpiklədi!

"Yuventus"un futbolçusu Qonzalo İquain UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Atletiko" (Madrid) ilə oyun öncəsi məşq zamanı etdiyi xoşagəlməz hərəkətlə gündəmə gəlib. 32 yaşlı hücumçu topa çata bilməyib və köməkçi məşqçilərdən birinin dizinə təpiklə vurub. Argentinalı oyunçu daha sonra reklam lövhəsinə vurmağa başlayıb. Onu komanda yoldaşı Leonardo Bonuççi sakitləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə