Lopeteqi "Qarabağ"dan danışdı

"Asan qrupa düşdüyümüzü düşünmürəm. Rəqiblərimiz çox şeyi çətinləşdirmək niyyətində olan komandalardır". Bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi İspaniya mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçiriləcək oyun üçün Bakıya yola düşən komandanın çalışdırıcısı səfər öncəsi qarşıdakı görüşlə bağlı danışıb. O, "Qarabağ"ın digər İspaniya təmsilçisi "Atletiko"nu Çempionlar Liqasında büdrətdiyini xatırladıb:

"Qarabağ" bir müddət əvvəl "Atletiko"nu Çempionlar Liqasından uzaqlaşdırdı. APOEL isə ötən mövsümün yarımfinalçısına çətin anlar yaşatdı. Meydanda mübarizə apararaq, layiqli qələbə qazanmalıyıq. Əsas odu ki, biz bunu istəyirik". Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu saat 20:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...