FHN İdman-Sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib - FOTOLAR

13-14 sentyabr 2019-ci il tarixlərində Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında Vl "Koreya Səfiri Kuboku” turniri keçirilib. Yarışlarda Bakı, Sumqayıt və Respublikanın müxtəlif bölgələrindən 15 komandanın 100-dən artıq idmançısı mübarizəyə qatılıb.

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin komandası yarışlarda mərkəzin fiziki hazırlıq şöbəsinin inspektoru, Avropa çempionu Elvin Məmmədov rəhbərliyi altında iştirak edib. Yarışlarda uğurlu çıxış edən mərkəzin taekvondoçusu Eltac Qafarov 68 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançı və məşqçisini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə