Zöhrə Ağamirova çıxışını uğurla tamamlayıb

Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən dünya çempionatının fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində ikinci çıxışını uğurla başa vurub.

SİA-nın məlumatına görə, Z.Ağamirova çempionatda növbəti çıxışını topla icra edib. Hakimlərdən 19,950 xal alan gimnastımız ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. İki alətin cəmində gimnastımız 38,950 xal toplayıb.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...