Gimnastımız topla çıxışını təqdim edib

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsinin A qrupunda çıxışlar davam edir.

SİA-nın məlumatına görə, millimizin üzvü Veronika Qudis çempionatda ikinci çıxışını topla yerinə yetirib. Gimnastımızın çıxışı hakimlər tərəfindən 17,700 xalla qiymətləndirilib. İki alətin cəmində gimnastımızın hesabında 34,650 xal var.

Gimnastımız ümumi sıralamada 21-ci yerdədir.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...