UEFA-nın ayırdığı məbləğ “Qarabağ”-ın hesabına köçürülüb

“Qarabağ” Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış 2,750,000 (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb. SİA-nın məlumatına görə, bundan əlavə, “Qarabağ” FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Qeyd edək ki, bu vəsait UAL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...