Ramil Şeydayev komandasının oyununda ehtiyatda qalıb

Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva “Dinamo”su öz meydanında digər azərbaycanlı futbolçu Azər Əliyevin oynadığı “Ufa”nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.
Azərbaycanlı futbolçular hər ikisi sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Dinamo” hazırda 10 xalla 16 komanda arasında 11-ci, “Ufa” isə 11 xalla 9-cudur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...