Çempionlar Liqasının finalı sosial şəbəkələrdə rekord qırıb!

Futbol üzrə əsas klub turnirinin finalı sosial şəbəkələrdə marağa görə dünyada 2019-cu ilin digər ən iri idman tədbirlərini 30 faizdən çox üstələyib. İnternetdə videonun optimizasiyasında və analitikasında ixtisaslaşan “Conviva” şirkətinin məlumatına görə, hazırda UEFA Çempionlar Liqasının finalı “Instragram”ın ayrıca akkauntunda videoların baxış sayına görə ən iri idman tədbiri olub. Belə ki, 177 milyon baxış sayı qeydə alınıb. UEFA-nın məlumatında deyilir ki, 1,09 milyard istifadəçi interaksiyasına layklar, repostlar və şərhlər, habelə videoya baxışlar daxildir. Ötən finalla müqayisədə say 110 faiz artıb. İnteraksiyalar UEFA-nın bütün rəsmi akkauntlarında, finala çıxmış klubların, müxtəlif KİV-lərin və oyunçuların akkauntlarında izlənib. İnteraksiyaların, demək olar, yarısı (486 milyon) UEFA akkauntlarının, qalan 604 milyonu digər platformaların payına düşüb.

UEFA-nın marketinq direktoru Gi-Loran Epsteyn deyib: “Uzun illərdir Çempionlar Liqasının finalı KİV-lərdə işıqlandırılmasına görə ən iri birgünlük idman tədbiri olaraq qalır. Madriddə keçirilən final oyununa dair məlumatlar sübut edir ki, bu, sosial şəbəkələrə də aiddir. UEFA azarkeşlər, klublar, KİV-lər və kommersiya tərəfdaşlarımızla qarşılıqlı əlaqələri və danışıqları tənzimləyən kontentin yaradılmasına fəal surətdə sərmayə yatırır. Çempionlar Liqası KİV-lər və azarkeşlərlə qarşılıqlı əlaqələrin avanqardında olsa da, biz əhatə dairəsini bundan sonra da genişləndirəcək və azarkeşlərə əla kontent təqdim edəcəyik”.

UEFA finaldan əvvəl və final zamanı kommersiya tərəfdaşlarının fəaliyyətini sosial şəbəkələrdə təbliğ etməklə, onları fəal surətdə dəstəkləyir. UEFA-nın sosial şəbəkələrdəki platformaları, onların populyarlığı və əhatə dairəsi brend nəşrlər vasitəsilə auditoriya ilə işləmək üçün əla bazadır.

Məsələn, “Pepsi”nin iştirakı ilə təşkil edilmiş və “Imagine Dragons”un çıxış etdiyi final mərhələsinin açılış mərasimi sosial şəbəkələrdə 88 milyon videobaxış toplayıb. UEFA akkauntları “Facebook” və “Instagram” sosial şəbəkələrində matçqabağı şou zamanı ümumi 381 videobaxış toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...