U-17-nin heyətində dəyişiklik edilib

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.SİA-nın məlumatına görə, “Sabah”dan dəvət edilən Vüsal Qəmbərov zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində “Sumqayıt”dan Tural Haqverdiyev toplanışa dəvət olunub.

Qeyd edək ki, “Sabah” klubunun üzvü Fərrux Fərzəliyev də komandaya qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə