Nazarov 6-cı turda 66 dəqiqiə oynadı

Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Osnabryuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.


Nazarov start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 6 turdan sonra 11 xalı olan Aue təmsilçisi 18 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...