“Liverpul” İngiltərə Premyer Liqasının rekorduna imza atıb

İngiltərə Premyer Liqasının V turunda “Nyukasl”ı 3:1 hesabı ilə məğlub edən “Liverpul” rekorda imza atıb.

A-nın məlumatına görə, mersisaydlılar Premyer Liqada ən azı 2 qol vurmaqla 14-cü qələbəni qazanıblar.

Yurgen Kloppun yetirmələri bu uğurlu seriyanı ötən mövsüm başlayıb. Martın 10-da “Bernli” üzərində 4:2 hesablı qələbə qazanan “Liverpul” ötən mövsüm 9, cari çempionatda 5 qarşılaşmada xal itirməyib.

Sonuncu dəfə “Everton”la derbidəki qolsuz heç-heçə ilə xal itirən komanda seriyasını 14-ə çatdırmaqla Premyer Liqa tarixinin rekorduna imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...