"Qəbələ" və "Zirə"dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

SİA xəbər verir ki, turun açılış matçında "Sumqayıt" "Zirə"ni qəbul edib və 1:2 hesabı ilə uduzub. Günün digər oyununda isə "Qəbələ" "Sabah"ın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. Bu "Qəbələ"nin 2019/2020 mövsümündə ilk qələbəsi olub. Turun daha iki qarşılaşması isə sabah keçirilləcək.

14 sentyabr (şənbə)

"Sabah" – "Qəbələ" - 0:1

Qol: Roman Hüseynov, 47

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov

"Bank Respublika Arena"

"Sumqayıt" – "Zirə" - 1:2

Qollar: Xulio Sezar Rodriges, 5 (0:1),Tellur Mütəllimov, 16-avtoqol (1:1), Şafik Tiqrudja, 88 (1:2)

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev

"Kapital Bank Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə