Komandasının uduzduğu oyunda Dadaşov qol vurdu

Almaniyanın üçüncü bundesliqasında 8-ci turun oyunları davam edir.

SİA-nın məlumatına görə, milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" doğma meydanda "Viktoriya" ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Rüfət start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 79-cu dəqiqədə komandasının 1-ci qolunun müəllifi olub. Bu, millimizin üzvünün 2019/2020 mövsümündə ikinci qolu olub.

"Proyssen" - "Viktoriya - 2:3

Qollar: Vunderlix, 8 (0:1), 18 (0:2), Bunyaku, 72 (0:3), Rüfət Dadaşov, 79 (1:3) Morşel, 87 (2:3)

Qeyd edək ki, "Proyssen" hazırda 8 xalla 16-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə